İsa Məsihin Yolları

İsa, Ruhlanma və dünya:
İsa Məsihin Yolları, onun insan şüuruna və bəşəriyyətin və yerin dəyişməsinə olan payı: araşdırma və təcrübənin bir çox sahələrindən olan yeni nöqteyi-nəzərlər – şəxsi inkişaf üçün praktik məsləhətlər ilə müstəqil Məlumat Səhifəsi.

Siz Azərbaycan dilində olan bu səhifədə dua ilə bağlı bəzi əsas məsləhətləri tapacaqsınız.

 +

 İsa və İslam

(Bir neçə başqa dildə2) moizələr və vəhylərlə yanaşı siz bizim hərtərəfli izahlarımızı və bir çox başqa mövzularda bölmələr tapacaqsınız.3) )

 

1) qısa versiyalar: türkçe

2) Tam versiyalar: İngilisAlman dilində olan versiyalar müntəzəm olaraq yenilənir. , ...
həmçinin

-

 http://www.ways-of-christ.com/az/

Sülh, Həyat və Yer üçün Dua

Bu dua həmçinin effektiv duaya apara bilən Xristian münasibətini "izah edir":

Tanrı, mənim mənşəyim, köməyim və ümidim!
İsa ilə vəhdətdə mən Səndən gələn hər şey üçün Sənə təşəkkür edirəm;
və məni Səndən uzaqlaşdıran hər şeyə görə məni bağışlamağını xahiş edirəm;
bu sükutda, Sənin Ruhunla yaradıcı olmağıma icazə ver.

Başqalarının Sənə doğru gedən yolunda ziyan vurmamaq üçün mənə bələdçi ol. Mənim Başqalarının Sənin iradəni yerinə yetirməyinə kömək olmağıma bələdçi ol. Məni öz yolumda qoru.*

İnsanların həyat və ölüm haqda qərarların Sənin əlində olmasına imkan verməyə inandır**.
Sənin yaratdıqların üçün işləyən kəslərə kömək ol***.
Bu dünyanı Sənin söz verdiyin yeni dövrə doğru inkişafa apar.****

*) Buraya başqaları da daxil edilə bilər.

**) buraya təfərrüatı əlavə edilə bilər və ya duadan sonra xəyali olaraq düşünülə bilər,məsələn, bunun kimi: 'zalımlığın artımını dayandırmaq', 'problemləri həll etməklə zorakılığın bir səbəbini aradan qaldırmaq', 'yalnız sülhsevər insanlara onların insan haqlarına imkan vermək üçün lazım olan təhlükəsizlik tədbirlərinə müraciət etmək', 'müxtəlif dinlərə qulluq edən xoşniyyətli insanlar arasında sülh dialoquna başlamaq', ... . Məlumat üçün Mt 5:9 və 26:52 bölmələrinə müraciət edə bilərsiniz.

***) Təbiət yardım istəyir. Dua etmək zamanıdır, Tanrım, bizi təbiətin “oyanmış”qüvvələrindən qoru. Lakin, bu insan nəslinin yaradılışın

qalan hissəsinə münasibətdə davranışındakı dəyişikliyi əvəz etməyəcək.

****)Luka 11:2; 21:31. Apokalipsis 11:16; ... Tanrı ona verilən sevgini bütün kilsələrdə paylaya bilər. Dua etmək üçün bir-birinə uyğun gələn eyni “ruh”da yaşayın və fəaliyyət göstərin.

 

3) Başqa dillərdə göstərilmiş əsas mətnə aşağıdakı fəsillər daxildir: 1-ci hissədə: Məqsədə ön soz və bu mətnin istifadəsi, meditasiya da daxil olmaqla metodik tövsiyyələrlə; "Başlanğıcda söz (yunanca logos) var idi ... və söz bədənə çevrildi”; Nazaretdən olan İsa: onun doğulması; xristianlığın yüksəlişinə dair bir artıq səhifə ilə; İsanın gənclik illərində tapılan əhəmiyyətli bir şey varmı?; “İsa adlı iki oğlan” fikir ayrılığına dair şərh; Həvari Yuhənna tərəfindən İordaniyada xaç suyuna çəkilmə; bugünkü xaç suyuna çəkilmə barədə qeydlərlə bir əlavə səhifə; Səhrada sükut; Yolundan azmalar; Kanada toy; (seksuallıq, simpatiya, empatiya və sevgi barədə baxışlar); "Müqəddəs səy" (emosiyalara aid baxışlar); Dağda Moizə və ağla aid nöqteyi-nəzərlər); Məsihin Favor dağında Şəklini Dəyişməsi; "Möcüzələr" sualı Lazarın dirilməsi; "Qoyunlar"; Məsih "Ayaqlarının yuyulması" və Vifaniyadan olan Məryəmin İsanın bədəninə miro sürtməsi - xristian ruhaniliyin vacib nöqtəsi; Gizli Şam, təntənəli giriş, dustaq edilmə və döyülmə; "tikanlarla bəzənməsi" və son nitqləri; Çarmıxa çəkilmə və dəfn (xristian mistisizmi nöqteyi-nəzərləri ilə); Boş qəbir sualı, “cəhənnəmə enmə” və “cənnətə qalxma”; Dirilmə; Məsihin “Səmaya qalxması”; Troitsa hadisəsi; İsanın şəklinə istinad; 2-ci hissədə: Müqəddəs Yuhənna İncili; peyğəmbərliklərə necə yanaşmalı; Yuhənna incilinin içərisindəkilərə: yeddi kilsə; bugünkü kilsələr, onların fərqləri və onların yayılma yolları haqda əlavə səhifə ilə; "Yeddi möhür"; "Yeddi boru"; “Yeddi ildırım” və iki peyğəmbər; Qadın və əjdaha; Dənizdən gələn “yeddi başlı heyvan”; "Yerdən gələn vəhşi”; "Yeddi fincan qəzəb, “Babilistanın" sonu və İsa Peyğəmbərin ikinci gəlişi; (Real) "1000 İl Sülh"; Yeni Səma, Yeni Yer və "Yeni Yerusəlim"; Yekun fəsil: Xristianlığın Münasibəti; Cədvəl: Xristianlığın münasibəti: Dünyada, amma dünyadan olmayan. 3. Digər mövzular: Duaçı; Etik dəyərlərin əsasları; Müasit İsa-nəzəriyyərlərində düzəlişlər; İsa, insanın qidalannması və heyvanların mühafizəsi; Elm və Allaha inam; İsa və zühur – hətta bu gün; Xeyir-dua; iqtisadiyyat və sosial məsələlər üzrə xristianlıqda nəzər nöqtələri; Cəmiyyət və siyasət üzrə xristianlıqda nəzər nöqtələri; Din və Fəlsəfə; Habermasın nitqinə dair şərhlər; ekologiya; doğulmadan həyat; Bu səhifələr və Xristian teologiyasının müxtəlif məktəbləri; Xristianlıqda meditasiya; Həvəslənmə və Kilsələr; Ölümdən sonrakı həyatla bağlı sual və onun ölümdən əvvəlki həyatla bağlı uyğunluğu; Xristianlıq – onun “taleh” və “yenidən zühur etməklə” bağlı digər təlimlərlə əlaqəsi;…. 4. Qədim Testament və digıər dinlərlə dialoqa töhvə: Qədim Testament, Yəhudi dini və İsa; “İsa və İslam”; Zərdüştlük dini (Parsizm); “Buddizm”; “Hinduizm”; “Taoizm, Konfusianizm”; “Şintoizm və təbii dinlər”; Din insan və Allah arasında “yenidən əlaqə” kimi.

"Məsihin yolları" saytı tədqiqat və araşdırma layihəsidir. "Məsihin Yolları" veb səhifəsi dinlər arasında dinc əlaqələri və daha dərin anlaşmanı dəstəkləyir. "Məsihin Yolları" Kilsələrdən və digər dini təşkilatlardan azaddır (lakin onlardan heç birinin əleyhinə yönlənməyib) və nə mənfəət, nə də siyasi təsirə cəhd etmir. Məsihin Yolları missioner fəaliyyəti göstərmir və ya üzvlər əldə etmək üçün təşviqat aparmır.

Müəllif hüququ  Siz bizim səhifələri dəyişiklik etmədən çap edə və dostlarınıza ötürə bilərsiniz.

E-poçt: ways-of-christ.com (zəhmət olmasa, ingilis və ya alman dilində).

 

Bibliya


İngilis dilində:
Məlumat: 
İsa Məsih və İslam.

Dinlərarası dialoq

Bu səhifə daha yaxşı başa düşməyə və uzun müddət olduğu kimi dinlərarası dialoqa bir paydır. Bu izahlarla islamı bütövlükdə səciyyələndirməyə cəhd edilmir. İslamda da müxtəlif məktəblər var.

Quran və digər "Kitab dinləri"

İslam "Tanrının iradəsinə təslim olmaq" deməkdir.

İslamın Müqəddəs Kitabı olan Quranın mələk Cəbrayıl (çox vaxt Xristianlıqda olan məlaikə Qabriellə eyniləşdirilir) tərəfindən Məhəmməd Peyğəmbərə ötürülən ilahi vəhydən yarandığına inanılır. Quran şübhəsiz İslamın ən vacib müqəddəs yazısı olaraq götürülməlidir. Peyğəmbərin kəlamları/qısa hadisələri (Hədislər) ilə olan sonrakı ənənələr (“Sünnə”, hərfi mənası “adət, davranış”) Quranın şərhi üçün izah rolu oynayır. Hətta peyğəmbər də öz şəxsi davranışı ilə insandır, Tanrı deyil. Bibliya haqqında çox məlumatı olmayan Xristianlar qədər də öz Müqəddəs Kitabları ilə yaxından tanış olmayan Müsəlmanların olduğunu hesab etmək olar.

Quran Xristianlara və Yəhudilərə bəzən birbaşa “siz müqəddəs kitab əhli…” (əhli-kitab, məsələn, surə 4, 171*) və "Siz İzrail övladları” kimi müraciət edir. Çünki, onların əksəriyyətinin adətən onunla maraqlanmaması faktına baxmayaraq, onlar bu müqəddəs kitabda nə yazıldığı ilə maraqlana bilərlər. Lakin, din elmi bütün dinlərin Müqəddəs kitablarını öyrənir və başqa şeylər arasında onların şərhinin tarixi inkişafını** araşdırır. İstənilən halda Müqəddəs kitablar hörmətlə öyrənilməlidir. Quran şərhçilərinin bir qismi yazır ki, Tanrı tərəfindən təhlükəsiz yerdə saxlanılan və yalnız mələklər və peyğəmbərlər üçün əlçatan olan əsl Quran var; və onların digər qismi belə izah edir ki, yer üzündəki Quran oxucusu təmiz vəziyyətdə olmalıdır.

Peyğəmbərin peyğəmbərlərə tələb olan bir dövrdə (və ya dövrlərin arasında) göndərilməsi (surə 5, 19*) hesab edilir. Müqəddəs Quran Məhəmməd Peyğəmbərin yolunda olan “İnananlar”ı, “Kitab əhli”ni və “Kafirlər”i ayırd edir. “Kitab əhli” xüsusən, inancları Müsəlmanlarla eyni ənənələrə əsaslanan Yəhudilər və Xristianlar, bəzən həmçinin Zərdüştçülərdir (Təhlilçilər; surə 22,17*). Quran Tək Tanrını, o dünyada Axirət gününü öyrədən və öz camaatı və ya dövrləri üçün duaçı olan "Peyğəmbərlər” zəncirini qəbul edir (məs. surə 6,83-92; surə 7; surə 4,136*). Bu dinlərdən olan insanların qarşılıqlı əsaslara inandıqları qədər Quran özü onlari İnanmayan adlandırmır (məs., surə 5,48*). İslamın ilk əsrlərində Xristianlar və Yəhudilər İslamı qəbul etməyə məcbur edilməmişlər – Quran təliminə müvafiq olaraq, “Dində məcburiyyət yoxdur”, surə 2,256.

İbrahimə məsələn, bəzi tərkidünya zahidlər kimi tək Tanrıya təklikdə inanan "Hənifilər"dən biri kimi baxılıb.
Tanrının İslamdakı adı olan "Allah" – islamdan əvvəlki ərəbcə "əl-ilah" – Semit sözü olaraq Musanın kitablarında (İvrit dilində) Tanrının adlarından biri olan “Elohim” ilə, demək olar ki, eyni mənşəyə malikdir.

"İnanmayanlar" (hərfi mənası: "Örtükçülər") birbaşa mənada çoxtanrılı din – bütpərəstlik olmuşdur, hansı ki, onlara qarşı Məhəmməd Ərəbistanda müharibə aparmışdı və Bibliya artıq Xristianları və Yəhudiləri onlara qarşı xəbərdar etmişdi. Bu gün İslam geniş mənada tək Tanriya və Axirət gününə inanmayanlara Kafir kimi baxır. Bəzən bu termin səhv olaraq bütün müsəlman olmayanlar; bəzən də hətta başqa məzhəblərdən olan Müsəlmanlar üçün ümumiləşdirilir.

Quranda İsa Məsih

Burada Quranın İsanı peyğəmbər və Tanrı tərəfindən göndərilən elçi və tərifsiz Allahın “Sözü” və “Allahın ruhu” (surə 4,171*) və "Adəm kimi yaradılmış " (2, 3, 5 surələri * ...) olduğunu qəbul etdiyi qeyd edilib. Bu İsanı sosial islahatçı olaraq görən bəzi müasir Xristian ilahiyyatçılarının qəbul etdiyindən daha artıqdır. Yalnız İsanı Tanrının Oğlu kimi – Xristianlar Məhəmmədin dövründə bunu həddindən artıq fiziki şəkildə təsəvvür edirdilər – sonrakı müqəddəs üçlük doktrinası kontekstində Quran tərəfindən qəbul edilməmişdi. İlkin olaraq nəzərdə tutulanı həqiqi olaraq başqa yerdən gələn insana onun başa düşə biləcəyi şəkildə izah etməyə qadir olan Xristianlar o dövrdə çox nadir idi (məs., surə 6, 101*). Romalılar 1:4-də deyilir ki, İsa öz ruh gücündə Oğul olaraq “qoyulmuşdu” və ona görə də də doğulmayıb. Xristianlar Tanrının doğulmaz olduğu və “doğulmadığı”, lakin İsanı “yaratdığı” haqda İslam düşüncəsi ilə razılaşa bilərlər. İsa Məsihin ilahi mənşəyi və ya missiyası üçün Bibliyada istifadə edilmiş yunan termini “logos” sonra İncillərdə “Söz” olaraq tərcümə edilmişdi ki, bu da Quranda İsa üçün istifadə edilib. Quran vəhyləri ,ola bilsin ki, terminlər barədə mənasız mübahisələrə səbəb olan, hələ də tam olaraq Müsəlmanlar və ya Xristianlar üçün kəşf edilməmiş sirlərə malikdirmi? Həmçinin Xristianlar bəzi çoxtanrılı dinlər kimi başa düşülən sözlər barədə təlimlərini harada təqdim edirlər, bu İsanın öz təliminə uyğun gəlmir: “Ataya (Tanrıya) mənim adımdan dua edin (İsaya istinad edərək mənası verir)” – Bibliya, Yuhənna 15:16). İsanın həyatında hər şey tək Tanrı ətrafında dövr edir, hansı ki, ona insanları yalnız İsa apara bilər.

"Logos" (yunan dilində, Yuhənnanın “Tanrının sözü” İncilində, burada Məsihlə əlaqələndirilib) Paretin Quran tərcüməsində (Alman dilində) İsadan asılı olmadan üzə çıxır. Quranın digər nəşrləri bunu Tanrının “işi” və ya Tanrının “əmri” (surə 13,2 və 13,11*) kimi başa düşürlər.

Quranda İsaya torpaqdan yaradılmış “Adəm kimi” baxılır (surə 3,59*); və Allahın Ruhu tərəfindən İsaya həyat vermək üçün göndərilmiş elçidən danışılır (surə 19,17-22*). Xristian versiyası oxşar olaraq Müqəddəs Ruh tərəfindən Bakirə Məryəmə İsanın doğulması haqda xəbər verən mələk haqda danışılır. Daha sonra Quranda İsanın Müqəddəs Ruh / müqəddəslik ruhu tərəfindən gücləndirilməsi göstərilir (surə 5,110*).

Qurana görə gənc İsa özünün diriləcəyini xəbər vermişdi (surə 19,33 *); yəqin ki, Quran burda Qiyamət günü Quranda tez-tez xatırlanan inananların dirilməsi ilə onun ikinci dəfə qayıtmasına müraciət edir (aşağıya bax, surə 4,159). Quranda göstərilir ki, İsa Tanrının yanına canlı aparılmışdır (surə 4, 157 - 159-cu surə 3,55 *).

Müsəlmanlar və xristianlar bir məsələdə razılaşmırlar, İsaya işgəncə verilibmi, ölübmü, göylərə qalxmamışdan öncə ölümə qalib gəlibmi – xristianlar bunu təsdiq

edir –, yoxsa Tanrı İsanı göylərə diri qaldırdı – buna isə müsəlmanlar inanır. Hər halda hər ikisi güman edir ki, o qalxanda “ölü” deyildi (məsələn, İncil bəyan edirki, o göylərə getməmişdən qabaq davamçıları ilə danışdı).

3,55 və 5,48 surələrində* deyilir ki, „...Mən onu təmiz edəcəyəm" və "...hamınız mənim yanıma qayıdacaqsınız və mən (Tanrı) sizin razılaşmadığınız məsələlərə qərar verəcəyəm". Buna görə də Xristianlar və Müsəlmanlar bəzi qalan sirlərin həlli üçün mübahisə etməkdənsə, gözləyə bilərlər.

Qurana həmçinin Axirət gününü və İnananların Dirilməsi də daxildir (məsələn, surə 36,77-83; surə 69,13-37; 75, 99-cu surələr*). Onda İsa yenidən gələcək və müqəddəs kitablara inanan insanlar üçün şahid və ya hakim olacaq (surə 4, 159; surə 16,89 ilə müqayisə edin*). Qeyri-müsəlmanlar da daxil olmaqla Allaha və Axirət Gününə inananlar və "yaxşılıq edənlər” Mühakimədən qorxmamalıdır (surə 2,62; surə 4,123-124; surə 7,170 *). Qurana, eləcə də Bibliyaya uyğun olaraq, Sonuncu Mühakimə Xristian, Müsəlman və ya Yəhudi olmasından asılı olmayaq insanların deyil, Tanrının işidir.

(Dinlər arasında bu cür müqayisə Quranın müstəqilliyini şübhə altına almaq mənasını vermir).

Etik prinsiplər

Bu 3 "İbrahim Dininin” etik prinsipləri də həmçinin bir-biri ilə əlaqəlidir. Qadağalar Quranda da mövcuddur, amma bu qaydada sadalanmır, məsələn, surə 17,22-39, surə 5,38-40; surə 2,188; surə 4,135; surə 2,195; və surə 17,70* (insan qüruru). Quran, məsələn, istisnasız olaraq, günahsız birinin öldürülməsini qanunsuz hesab edir (surə 5,27-32*). "Cihad" termini ancaq: savaş, döyüş və Qurandan deyil, ancaq Məhəmmədin mülahizələrindən və islam hüquq məktəbindən götürülən “Müqəddəs müharibə” mənasını verir.*** Daxildən – əqli və mənəvi cəhətdən – zülmə qarşı mübarizə aparmaq “Böyük Cihad” adlandırılır və bu bütün xarici konfliktlərdən daha vacibdir. İsanın təlimləri ilə müqayisə edin, əvvəl öz gözündəki tiri çıxart – bir çox xarici konflikt öz mahiyyətini itirəcəkdir. "Sözün Cihadı” bir kəsin öz inanclarını sülhsevər tərzdə dilə gətirməsidir. “Əl ilə Cihad” inananın fəal, instruktiv nümunəsidir. Eyni zamanda “kiçik Cihad” adlandırılan “Qılınc Cihadı” yalnız hücuma məruz qalan inananları müdafiə etməyə icazə verir (Quranın 2,190-cı surəsi *-ini müqayisə edin). Bir çox "hiddət" digər dinlərlə əlaqədə Quranda daha çox rast gəlinə bilər (məsələn, surə 48,29; surə 47,4 *).

Geniş ənənəvi qaydalar mövcuddur, məsələn, əks cinslər arasında qeyri-müsəlmanla nigahı qadağan edən münasibət.

İslam təcrübəsinə daxildir: "Allahdan başqa Allah yoxdur və Məhəmməd Allahın Elçisidir" bəyanatı;
Verilmiş gündəlik dualar yerinə yetirilir (surə 2,177*);
Hər il Ramazan ayında oruc tutulur (surə 2,185 *);
Həyatda ən azı bir dəfə Həcc ziyarəti edilir (surə 2,196 *);
Və "Zəkat" - sosial məqsədlər üçün verilən dini vergi (surə 2,177 *)."

Bugünkü İslamda dini-elmi məsələlərdə qərar verən mərkəzi hakimiyyət yoxdur. Lakin, mötəbər alimlərin (üləma) aşkar əksəriyyətinin şərik olduğu fikirlər, güman ki, geniş həcmdə qəbul edilər.

*) Alman dilində Quran – Bu məqalə üçün İslam ölkələrində ən çox istifadə edilən Misir hesabı ilə Rudi Paretin tərcüməsi istifadə edilmişdir. Digər tərcümələr ayələri fərqli saya bilər; onda siz göstərilən məlumatları eyni surədəki o ayə nömrəsindən ya əvvəl, ya da sonra tapacaqsınız. Quran keçidlərinin mənaları tərcüməsi müsəlmanlar (məsələn, hazırda Dünya İslam Konqresinin baş katibi Dr.İnamullah Xan) tərəfindən də qəbul edilən Alman dilində Quran və Adel Teodor Xurinin şərhinin köməyi ilə yoxlanılmışdır. Onun şərhində İslam Məktəblərinin ənənəvi izahlarına xüsusi diqqət ayrılır. Ümumiyyətlə, Quranın qədim ərəb dilinin tərcüməsinin çətinlikləri yuxarıda qeyd edilən yerlər üçün o qədər də uyğun deyil, onlar aydın başa düşülə bilərlər.

***) Həmçinin orta əsrlər "Xaç yürüşləri" Bibliyaya deyil, insan sənədlərinə əsaslanmışdı və onlar məsələn bu günün əksər Avropa Xristianları arasında pis ada malikdir.

 

"Məsihin Yolları" veb səhifəsi tədqiqat və araşdırma layihəsidir. "Məsihin Yolları" veb səhifəsi dinlər arasında dinc əlaqələri və daha dərin anlaşmanı dəstəkləyir. "Məsihin Yolları" Kilsələrdən və digər təşkilatlardan azaddır və nə mənfəət, nə də siyasi təsirə cəhd etmir. Məsihin Yolları missioner fəaliyyəti göstərmir və ya üzvlər əldə etmək üçün təşviqat aparmır.